Məktəbəqədər təhsilin genişləndirilməsi müzakirə edilib
15 Aprel 2016 12:30 SosialYeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında "Məktəbəqədər təhsilin genişləndirilməsi" mövzusunda seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminar UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin növbəti 5 il üçün məktəbəqədər təhsilə dair fəaliyyətlərinin genişləndirilməsi istiqamətində həyata keçirilir. Seminarda Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyin Təhsil Şöbəsinin mütəxəssisi Afaq Abdinova, Beynəlxalq Məsləhətçi Yan van Reyvens, Milli Məsləhətçi Şərafət Şirinli, BRİH-nin təhsil və məktəbəqədər təhsil sahəsi üzrə kuratorları, rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, rayon məktəblərinin təhsil sahəsi üzrə müavinləri və rayon Sosial Müdafiə Mərkəzinin nümayəndəsi iştirak ediblər.