Çağrışyaşlı gənclərlə təbliğat xarakterli görüşlər keçirilir

\\ Cəlilabad rayonunda Gənclər və İdman Nazirliyinin 2016-cı ilin  I yarımilliyi üçün iş  planının icrasını təmin etmək  və  gənCləri hərbi xidmətə həvəsləndirmək  məqsədilə  mədəni-kütləvi  tədbir  keçirilib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki,  bu məqsədlə çağrışyaşlı gənclərlə təbliğat xarakterli görüş və konsert proqramı təşkil edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, Gənclər və İdman Nazirliyinin  Vətənpərvərlik və Vətəndaşlıq  sektorunun  müdiri  Əli Məmmədov,Gənclər və İdman idarəsinin  rəisi  Ramin  Rəhimov  Cəlilabad rayonunda  yerləşən  Daxili Qoşunların  giziri  Rüstəm  Rüstəmov çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00