Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunanların sayı 125 nəfər təşkil edib
15 Aprel 2016 12:15 Sosial2016-cı ilin müvafiq dövrü ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 125 nəfər təşkil edib ki, onlardan 121-i Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbilərdir. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daxil olub. Bildirilib ki, onların da 24 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüb, qalanları isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində aşkarlanıb və orada müşahidə olunurlar. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1988-ci ildən 2016-cı ilin I rübünədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5754 nəfər qeydiyyata götürülüb. İİV-ə yoluxması təsdiq olunmuş 5754 nəfərdən 2838 İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2027 nəfər dispanser qeydiyyatındadır.