Nazirlik: Yazıb-oxumağı bacarmayan 100 nəfər heç şübhəsiz məktəbdən uzun müddət yayınanlardır

Təhsil Nazirliyi buraxılış imtahanlarında IX-XI siniflərdə 100 şagirdin yazıb-oxumağı bacarmaması ilə bağlı məlumatlara münasibət bildirib. APA-nın xəbərinə görə, nazirliyin ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, ayrı-ayrı rayonlarda yazıb-oxumağı bacarmayan şagirdlərin siyahısı barədə məlumatları olub. A.Əhmədov bunun öz səbəblərinin olduğunu deyib: "Məsələn, bir uşaq 9-cu sinfə kimi gəlir, amma oxumağı bilmir. Bu nə dərəcədə doğrudur? Bu, araşdırmanın nəticəsində məlum ola bilər. 100 nəfər yazıb-oxuya bilməyənlərin müəyyənləşməsi neqativ haldır, yaxşı fakt deyil. Ola bilər ki, onlar bu və ya digər səbəbdən təhsildən kənarda qalıb. Yazıb-oxumağı bacarmayan 100 nəfər heç şübhəsiz məktəbdən uzun müddət yayınanlardır. Ümumilikdə, bu məsələyə görə məktəbləri keyfiyyətli təhsil verməməkdə qınamaq düzgün deyil. Məsələyə obyektiv yanaşmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00