268 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib

Cari ilin birinci rübündə Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 455 nəfər göndərilib. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, onlardan 268 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib. Həmçinin, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 5537 nəfər keçib, onlardan 220 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 113 nəfər istifadəçi aşkarlanaraq müvafiq qeydiyyata götürülüb. 2016-cı ilin 3 ayı ərzində 628 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 272 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları", 290 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. 66 nəfəri isə digər diaqnozlarla stasionar müalicəyə qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00