"Stadler" Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satıb

"Stadler Rail" konserni yaxın vaxtda Azərbaycana daha 2 dəmir yolu qatarı göndərəcək. "APA-Economics" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu barədə konsernin mətbuat katibi Marina Vinder bildirib. M. Vinder xatırladıb ki, ümumilikdə konsern Azərbaycana 5 qatar satıb. Bunlardan 3-ü I Avropa oyunları ərəfəsində təcili qaydada ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin sərəncamına verilib. Maraqlıdır ki, həmin 5 qatar ilk olaraq Rusiya üçün nəzərdə tutulmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00