Qarın bu səbəblərdən sancılanır
14 Aprel 2016 18:25 Sosial"İnsanın harası ağrıyırsa, canı ordadır" deyirlər. Qarın sancıları bir neçə səbəbdən baş verə bilər. Ola bilsin ki, bu sancı mədə həzm pozğunluğundan da yarana bilər. Ağırını dəqiqləşdirmək üçün yaxşı araşdırmaq lazımdır. Həmçinin ağrıların fərli olması da araşdırmaya kömək edə bilər. Əlbəttə savadlı həkim diaqnozu başqadı. Ancaq biz sizləri həkimə qədər maariflənməyə dəvət edirik. ATV.az olaraq sizə bu sanclıarn səbələrini araşdırmağa çalışmışıq:
Niyə qarın güclü sancır?
1. Ağrı qarın hissəsinin yuxarısında olarsa...
Ağrı kəskin, küt, sızıldayır yaxud köp verir. Həmçinin ürəkbulanma yaradır. Bu təxminən mədədə qastrit yaxud 12 barmaq bağırsağının girəcəyində xora xəsətliyinin əlamətidir.
2. Sağ qabırğaltının sancıları
Sağ tərəfdəki sancı kəskin ağrı, ürək bulanma, hətta ağrı sağ çiyinə vurarsa, öd kisəsinin narahatlığının nəticəsi ola bilər. O halda ağrı - kəskin və iştahanın azalması müşayiət olunursa, həmin adamda hepatit varsa, bu xəsətliyin kəskinləşməsinə səbəb ola bilər.
3. Qarının aşağı, sağ tərəfindən sancı
Sancı ağrılarını düz bağırsağa verirsə, həm də yeriyərkən sancılanırsa, bu kor bağırsaq pristupunun nəticəsi ola bilər. Həmçinin bədəndə yüksək hərarət və ürəkbulanma da müşahidə olana bilər.
4. Sol qabırğaaltı sancısı
Sol qabırğaltına yayılmış ağrı mədəaltı vəzisi səbəb ola bilər. Adətən bu ağrılar kəskin, yağlı, alkoqollu spirtlərin qəbulundan sonra baş verir. Bununla bərabər ağızda quruluq və dadsızlıq müşahidə edilir.
5. Qarnının ortasında bir tərəfli ağrılar
Bu kəskin və güclü ağrılar ilə müşayiət olunur və tez-tez sidik ifrazatı baş verir. Bu ağrılar böyrək problemi nəticəsində yarana bilər.
6. Göbək üzərində ağrı
Bağırsaq sindromunun əlaməti ola bilər. Bəzən o, virus infeksiyası nəticəsidən qaynaqlanır.
7 Qarnın aşağı nahiyyəsində ağrılar
Bu ağrılar sidik kisəsinin, sidik kanalının problemlərindən qaynaqlana bilər. Sidiklik problemindən qaynaqlanarsa, cinsi orqan axıntıları və qızdırma ilə müşahidə oluna bilər. Qadınlarda isə elə bir ağrı, yəqin ki, daxili cinsi orqanların xəstəliyinin əlamətidir.