Yeni aparat VIDEO

Oksigen balonlarını əvəz edir

Cənubi Koreyalı elm adamlarının hazırladığı yeni nəfəs aparatı hamını təəccübləndirib. "ATV Xəbər" bildirir ki, yeni cihaz sayəsində suyun altında oksigen balonlarından istifadə etməyə ehtiyac qalmayacaq. İlkin sınaqlardan keçən cihaz uğurlu nəticələr verib. Məlumata görə, dalğıclar oksigen balonundan istifadə etmədən bu kiçik cihaz vasitəsiylə nəfəs alaraq, suyun altında 45 dəqiqə qala biləcək. Yeni aparatın iş prinsipinə gəlincə, cihaz suyun tərkibindəki oksigeni, sürətlə mayedən ayıraraq aparatın içindəki kiçik boşluğa yığır. Mikrobatareyalar sayəsində işləyən cihazın ən çox enerji saxlama müddəti 50 dəqiqədir.

Bildirilir ki, bu cihaz vasitəsiylə dalğıclar ən çox 5 metr dərinliyə qədər enə bilərlər. Çünki suyun dərinliyinə endikcə təzyiqin artması nəticəsində cihazın fəaliyyətində problemlər yaranır. Hazırda alimlər aparatın suyun dərinliklərində işləməsi üçün araşdırmaları davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00