Həssas dərilər üçün çobanyastığı MASKASI
14 Aprel 2016 19:56 SosialDəriniz çox həssas olduğu üçün necə baxım edəcəyinizi bilmirsiniz? Aile.lent.az belə dərisi olanlar üçün çobanyastığından hazırlanan maska təqdim edir. Çobanyastığını çay kimi dəmləyib süzün. 100 qr buğdanı 1 stəkan suda qaynadın. İlıq ikən blenderdən keçirin. İçinə bir çay qaşığı bal və zeytun yağı əlavə edin. Qarışımı dərinizə sürtüb 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Faydasını görəcəksiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00