Bakı şəhər birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr  arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, yarışda 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İKİB, Xəzri, DİN İC, ROİL, 6№-li UGİM, Pəhləvan İK, Azəri İK, Hövsan OİK, Gömrükçü İK, Nardaran, Zenit İC, Həyat İK-nı təmsil edən 224 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə ediblər. Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00