ADNSU ilə “Azercell”arasında Memorandum imzalanıb

Dövlət Neft və Sənaye Universiteti (ADNSU)və "Azercell Telekom" MMC arasında Memorandum imzalanıb. Memoranduma əsasən Tərəflər elmi-texniki tədris sahəsində təcrübə mübadiləsinin aparılması; əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kursların təşkili (təşkilatlarda keçirilən); elmi-texniki tədbirlərdə birgə iştirakın təmin olunması; əməkdaşlıq şəraitində elmi-texniki və tədris bazasının inkişaf etdirilməsi; "Azercell" tərəfindən həyata keçirilən Tələbə Təcrübə Proqramı çərçivəsində proqrama müraciət etmiş və müvafiq tələblərə cavab verən, "Azercell" tərəfindən seçilmiş tələbələr üçün təcrübələrin təşkili; Proqram təminatı sahələrində elmi tədqiqat işləri aparmaq üçün sifarişlərin verilməsi və bu işlərin aparılması məqsədilə şəraitin yaradılması; Hər iki tərəfin maraq dairəsinə daxil olan mövzular üzrə birgə elmi-texniki seminarların təşkili, layihələrin işlənməsi və istehsalatda tətbiqi və s. bağlı əməkdaşlıq etmək niyyətindədirlər. Qeyd edək ki, Tərəflər Memorandumda öz əksini tapmış şərtlər əsasında bu Memorandum qüvvəyə mindikdən sonra 1 ay ərzində qarşılıqlı razılıq əsasında tərəflərin hüquq və vəzifələrini tənzimləyəcək müqavilə imzalayacaqlar. Bu Memorandum tərəflərin niyyətlərinin bəyan edilməsi məqsədi daşıyır və tərəflər üçün hər hansı hüquq və vəzifələr, məsuliyyət, yaxud hər hansı bir öhdəliklər yaratmır. Memorandum imzalandlğı gündən qüvvəyə minir. 

Qeyd edək ki, ADNSU Azərbaycanın zəngin tarixinə malik olan, neft və sənaye sahəsində görkəmli mütəxəssislərin yetişdirilməsinə öz töhfəsini vermiş təhsil ocağı olaraq, öz tələbələrinin inkişafı, zəruri bilik və bacarıqlara yiyələnməsi üçün daima zəruri dəstək göstərir və müvafiq tədbirləri həyata keçirir.
"Azercell Telekom" MMC-nin Azərbaycanın öndə gedən mobil operatoru olaraq, hər zaman elmi-texniki yenilikləri tətbiq etməsi və müxtəlif təhsil ocaqları ilə sıx əməkdaşlıq etməklə bu sahənin inkişafı məqsədilə gənc nəsli bu işə daima cəlb etməsi, həyata keçirəcəyi müxtəlif layihələr çərçivəsində media sahəsində elmi-praktiki bilik və bacarıqların tələbələrə aşılanmasında maraqlı olması baxımından ADNSU bu əməkdaşlığı əhəmiyətli hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00