Ali təhsil müəssisəsində ilk dəfə olaraq mobil rabitə laboratoriyası
14 Aprel 2016 16:50 SosialAzərbaycan Texniki Universitetində müasir texnikalarla təmin olunan GSM laboratoriyasının açılışı olub. Təhsil ocağının mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Azerfon" MMC və Azərbaycan Texniki Universiteti arasında imzalanmış birgə fəaliyyət müqaviləsi çərçivəsində istifadəyə verilən laboratoriyanın açılışında AzTU-nun rektoru, professor Havar Məmmədov, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Nar Mobile Şirkətinin Şəbəkə İstismarı üzrə Direktoru Şükür Məmmədov, eləcə də Universitetin müəllim və tələbə heyəti iştirak edib. Rektor Havar Məmmədov AzTU GSM laboratoriyasının istifadəyə verilməsini tarixi hadisə kimi qiymətləndirib. Professor Havar Məmmədov laboratoriyanın tələbələrə birbaşa istehsalla tanış olmaq, peşənin sirlərini əyani olaraq öyrənmək imkanı verdiyini deyib. Qonaqlar, Rabitə və Yüksək Texnalogiyalar nazirinin müavini İltimas Məmmədov və Nar Mobile Şirkətinin Şəbəkə İstismarı üzrə Direktoru Şükür Məmmədov isə qürurla bir vaxtlar Texniki Universitetin tələbəsi olduqlarını xatırladıblar. Nazir müavini Universitetdə yaradılan şəraitin ən yüksək şəkildə bilik əldə etməyə imkan verdiyini bildirib. Daha sonra Laboratoriyadan əyani olaraq istifadə edilib. Şəbəkə İstismarı üzrə mütəxəssislər laboratoriyadakı avadanlıqlar vasitəsi ilə iki mobil telefonun bir-biri ilə lokal şəbəkə vasitəsi ilə əlaqəsiniqurub. Rektor Havar Məmmədov Nar Mobile əməkdaşları ilə ilk telefon əlaqəsini həyata keçirib.