Bu il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb

Bu ilin birinci rübündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 441 nəfər cinayət məsuliyyətinə cəlb edilib. APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi hesabatda əksini tapıb. Cinayət məsuliyyətinə cəlb edilən 441 nəfərdən 39-u  18-25 yaşadək, 72-i 30 yaşadək, 330-u  30 yaşdan yuxarı, 4-ü fəhlə, 1-i qulluqçu, 386-ı  işləməyənlər, 438-i kişilər, 3-ü qadınlar, 4 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 2-i İran İslam, 1-i Türkmənistan və 1-i Qazaxıstan  Respublikasının vətəndaşıdır.

Hesabat dövrü ərzində Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 455 nəfər göndərilib, onlardan 268 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib. Eyni zamanda sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 5537 nəfər keçmiş, onlardan 220 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 113 nəfər istifadəçi aşkarlanaraq  müvafiq qeydiyyata götürülüb. 2016-cı ilin 3 ayı ərzində  628 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 272 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları", 290 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. 66 nəfəri isə digər diaqnozlarla stasionar müalicəyə qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00