Gənc kimyaçılar ADNSU-da təcrübələr keçdilər

Aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı şəhər məktəbliləri arasında keçirilən "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin təlim seminarı keçirilib. Tədris İşləri üzrə prorektor Qasım Məmmədov şagirdləri Universitetdə salamlayaraq, onlara universitetin tarixi, bu günü, əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verib və perspektivlərdən danışıb. Prorektor semnarın işinə uğurlar diləyib. Sonra şagirdlər qruplar şəklində laboratoriyalara aparılıblar.

Qeyd edək ki, "gənc kimyaçılar" Bakının 12 rayonu üzrə seçilib və hər məktəbdən 2 kamanda olmaqla 1-ci, 2-ci yeri tutmuş şagirdlər seminara dəvət olunublar. Bakı şəhər məktəblərinin 24 kamandası 72 nəfərlik heyətlə ADNSU-nun laboratoriyalarında olub, təcrübələrdə iştirak ediblər. Laboratoriyalarda professor-müəllim heyəti tərəfindən şagirdlərə təcrübə işləri təqdim olunub. Orta məktəb proqramına uyğun olan həmin təcrübə işləri barədə izahat verilib, avadanlıqlar əyani göstərilib.
Şagirdləri Kimya laboratoriyaları ilə tanışlığı qrup rəhbərləri və Bakı şəhər Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralovun rəhbərliyi ilə baş tutub. H.Qaralov sseminarı yüksək dəyərləndirib. Bildirib ki, bu, şagirdlərin nəzəri biliklərinin təcrübədə həyata keçirilməsinə köməklik göstərən gözəl vasitədir.
Aprelin 26-da ADNSU-nun akt zalında müsabiqənin final mərhələsinin rəsmi hissəsi olacaq. Həmin gün 462-ci otaqda təcrübə işləri barədə məlumat veriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00