Zərərli informasiyalar uşaqları çinayətə sövq edə bilər Valideynlər diqqətli olmalıdırlar

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində uşaq hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirəyə çıxarılıb. Daha dəqiq, "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara uşaqların hüquqlarını nəzərdə tutan yeni müddəaların əlavə olunması müzakirə edilib. "Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) edilməsi nəzərdə tutulan layihəyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur. "Telekommunikasiya haqqında" qanunun 33-cü maddəsinə əlavə ediləcək bəndə görə isə abunəçilərin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsi də təsbit olunur. Qanunun 34cü maddəsinə nəzərdə tutulan dəyişiklikdə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək imkanı olacaq. Maraqlıdır Uşaq Hüquqları haqqında Beynəlxalq Konvesiyada və "Uşaq hüquqları haqqında" milli qanunvericilikdə uşaqların informasiya almaq hüququ təsbit olunduğu halda ziyanlı məlumatların qarşısını necə almaq olacaq?

Xatırladaq ki, Uşaq Hüquqları Konvesiyasında birbaşa göstərilir ki, bu sənədi ratifikasiya edən dövlətlər uşağın sağlam inkişaf etməsi üçün maksimum imkanları təmin etməlidir. Hazırda internetin əsas istifadəçilərinin uşaqlar olduğunu nəzərə alsaq bu öhdəliyin icrası daha da aktuallaşır. Məhz bu amili nəzərə alsaq, qanunvericilikdə edilən dəyişiklikləri təbii hesab etmək olar. Düzdür informasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir. Ancaq internetin əsas istifadəçiləri olan uşaqlar və yeniyetmələr müvafiq təsirə daha çox məruz qalırlar. Müşahidələr göstərir ki, bu cür uşaqlarda vətənpərvərlik hissləri zəif, millimənəvi dəyərlər isə tam mənimsənilməmiş olur. Araşdırmalar göstərir ki, dünyada internetlərdən istifadə edən istifadəçilərin 50 faizi 815 yaşlı uşaqlardır. Onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir. Psixoloq ekspertlər hesab edirlər ki, uşaqlar mobil telefonlara çox maraq göstərirlər. Belə ki, onlar mobil telefonlarda, internetdə daha çox şəxsi həyatla bağlı məlumatlara baxır, onlardan pornoqrafik materialların ötürülməsi üçün istifadə edirlər. Onların qənaətincə, internetin zərərli istifadəsində, uşaqların təhsildən yayınmasında internetklubların da rolu var. İnternetin informasiya baxımından xeyirli tərəfləri də var, amma bunun uşaqlar üçün arzuolunmaz zərərli tərəfləri daha çoxdur. Pornoqrafiya, terrorizm, milli, dini ayrıseçkiliyi təbliğ edən informasiyalar uşaqlar üçün ifrat dərəcədə zərərlidir. Bura kompüter oyunları da aid etmək olar. Uşaqları bu kimi zərərli vasitələrdən uzaq tutmaq lazımdır. Çünki informasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir. Odur ki, uşaqların internet klublardan istifadə etməsinə nəzarət gücləndirilməlidir. Çünki uşaqlar internet klublarda valideyn nəzarətindən kənarda olurlar. Uşaqlar üçün internet klublarda saat məhdudiyyəti qoyulmalıdır. Uşaq gedib 45 saat orada oturduğu zaman özünə lazım olan informasiya ilə yanaşı, lazımsız informasiyaları da əldə edə bilir. Valideynlər uşaqlarını nəzarətdə saxlamalıdırlar. Valideyn uşağın hansı vaxtda kompüterdən istifadə edə biləcəyini müəyyənləşdirməli, onun hansı proqramdan istifadə etməsinə nəzarət etməlidir. Uşaqların saatlarla internet klublarda olması onlar üçün təhlükəlidir. Saatlarla kompüter qarşısında olmaq uşağı real həyatdan, aktiv idman, əmək fəaliyyətindən ayırır. Belədə uşaq tamamilə passivləşir. Ümumiyyətlə, uşağın gündəlik həyat tərzi elə formalaşmalıdır ki, burada kompüterdən başqa, kitaba, televizora, aktiv həyata da yer ayıra bilsin. Qanunvericilikdə edilməsi nəzərdə tutulan dəyişikliklər uşaqları bir çox zərərli vərdişlərdən qoruya bilər. Hüquqşünas Mirzə Manafov hesab edir ki, uşaqların internetdə təhlükəsizlik problemi mövcuddur və bu problem təkcə Azərbayacanda deyil, bütün dünyada yaşanır. Odur ki, uşaqların internetdən istifadə zamanı təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Amma bu, təkcə hökumətin və yaxud qanunverici orqanın işi deyil. Problemin həlli bütövlükdə cəmiyyətin işidir. Burada valideynlər, məktəb, ictimaiyyət, özəl sektor birlikdə məsələnin həlli istiqaməti ilə məşğul olmalıdırlar. O, bildirib ki, bu məsələdə məsuliyyət valideynlərin, məktəbin üzərinə düşür. İnternet klublarda uşaqların qanunvericilikdə qadağan olunan, onun psixikası, tərbiyəsinə təsir edən informasiyaları alması ehtimalı var, bunun qarşısını almaq internet klub rəhbərləri üçün tələblərin əks olunduğu müəyyən tövsiyələr hazırlana bilər. Bu tövsiyələrə əsasən, internetklublarda ancaq uşaqların istifadə edə biləcəyi kompüterlər ayrıla bilər. Yəni, elə edilməlidir ki, uşaqlar üçün zərərli olan informasiyaların bu kompüterlərdə işlənilməsi mümkün olmasın. Belə bir tövsiyə hazırlanıb internet klublara verilməlidir. Burada da əsas məsuliyyət yenə valideynlə təhsil müəssisələrinin üzərinə düşür.
   Onu da qedək ki, internet uşaqlara oyunlar, filmlər və musiqi, yeni biliklər əldə etmək və öz qabiliyyətini inkişaf etdirmək imkanları verir. Lakin bu imkanlar bir sıra mürəkkəb çətinliklərlə də müşaiyət olunur. Uşaqlar Internetdən istifadə edərkən həm uşaqların şəxsi təhlükəsizliyinə, həm də kompyuterin təhlükəsizliyinə yönəlmiş bir sıra təhlükələr mümkündür. Məsələn, internetdən nəzarətsiz istifadə edən uşaqlar cinayətkarların hədəfinə çevrilə bilərlər. Belə ki, internetdən istifadə edərkən uşaqlar bədniyyətli şəxslərə təmasda olmaq təhlükəsi ilə üzləşə, cinayətkarların potensial hədəfinə çevrilə bilərlər. Cinayətkarlar uşaqlarla əsasən ani məlumat mübadiləsi zamanı, çatlarda, forumlarda və elektron poçtla təmas qururlar. Internetdə ünsiyyətin anonimliyi dostluq və inam münasibətlərinin tez yaranmasına kömək edir. Cinayətkarlar anonimliyin bu üstünlüyündən təcrübəsiz gənc adamlarla münasibət qarmaq üçün istifadə edirlər. Eyni zamanda uşaqlar internetdən dini, irqi, milli, sosial nifrəti qızışdıran məlumatlar, seksual (və ya digər yolverilməz) xarakterli informasiya ala bilərlər. Artıq praktikada belə halların dəfələrlə şahidi olmuşuq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, real həyatda olduğu kimi, virtual məkanda da müxtəlif tip və xarakterli insanlar var. Təbii ki, internetdə də adi həyatda olduğu kimi, davranış və hərəkətləri ilə ətrafdakılara mənfi təsir edən insanlar var. Odur ki, əsas məqsəd uşaqların kiberməkanda təhlükəsizliyini təmin etməkdən ibarər olmalıdır. Nazirlik etiraf edir ki, uşaqların hansısa kriminal qrupların təsirinə düşməsi, asılılıq, psixoloji təsir kimi təhlükələr mövcuddur. Amma əsas məsuliyyət valideynləri üzərinə düşür. Uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycanın təhsil müəssisiələrində filtrasiya sistemi tətbiq edilib. Bir neçə internet provayderi isə uşaqlar üçün təhlükəsiz internet xidməti paketini təqdim edib. Uşaqların dərslərdən yayınıb internet klublarına getməsinin qarşısını almaq üçün yaş limiti qoyulub. Belə halda əsas məsələ isə valideyn nəzarətidir, valideynlər uşaqlara internetdən istifadə üçün müəyyən vaxt verməlidirlər, əks halda onlarda asılılıq, psixoloji problemlər yarana bilər.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00