Paytaxtın daha bir küçəsi təmir olunub

Xətai rayonu İlqar Zülfüqarov küçəsində texnoloji ardıcıllığa riayət olunmaqla təmir işləri aparılıb. Küçə yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək əvəzinə 2 min p/m yeni səki daşları düzülüb. Köhnə asflat-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Daha sonra 2 qat olmaqla təqribən 7 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənib. Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00