Almaniyada Qarabağ problemi ilə bağlı kitabı çapdan çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Almaniyanın nüfuzlu nəşriyyatı olan "Berliner Wissenschaftsverlag"-da (Berlin Elm Nəşriyyatı)Prof. Dr. Hans-Yoaxim Hayntsenin "Dövlətlərin ərazi bütövlüyü: beynəlxalq hüququn qüvvədə olan prinsipinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nümunəsində araşdırılması" adlı kitabı çapdan çıxıb. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitabın 1-ci və 2-ci fəsli nəzəri ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə ilə bağlı məhkəmə qərarları və beynəlxalq təşkilatların rəy və qərarlarının araşdırılmasına həsr edilib. Dövlətlərin ərazi bütövlüyü və tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığına dair 30 ildən artıq elmi tədqiqat aparan alim kitabın ilk fəslində dövlətin əsas hüquqi xüsusiyyətlərinə nəzər salmış, daimi əhali, ərazi, effektiv hakimiyyət, başqa dövlətlərlə əlaqəyə girmək qabiliyyəti kimi anlayışları ətraflı şəkildə şərh etmiş, işğal, anneksiya, sesessiya, effektiv idarəçilik və digər məsələlərə yer ayırıb. 2-ci fəsildə Dövlətin hüquq və öhdəliklərindən danışan müəllif qüvvə tətbiqinin qadağası, tanınmış beynəlxalq sərhədlərin toxunulmaz olduğunu və güc tətbiqi ilə bunun dəyişdirilməsinin beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil etməsini əsas tutan alim, müqəddəratını təyin etmə prinsipinin əsasən dekolonizasiya dövründə vüsət aldığını və ərazi bütövlüyü prinsipini sual altında qoymadığını sübut edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00