Narkomaniyaya qarşı mübarizə məqsədilə təlimçilər hazırlanır
14 Aprel 2016 12:11 SosialNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün İsmayıllı rayonunda təlim-məşğələ keçirib. Komissiyadan "OLAYLAR"-a bildirilib ki, İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər,Təhsil və Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə baş tutan təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi və s. mövzularda iştirakşılar məlumatlandırılıb. Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda "Narkotiklər haqqında həqiqəti bilin", "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək", "Sağlam ailə naminə narkotiklərə yox deyək", "Sağlam həyat naminə narkotikdən uzaq duraq", "Narkomaniya sakit ölümdür", "Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin", "Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol", "Övladlarımızı narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək" adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri, sosial video çarxlar və digər təbliğat materialları (elektron formada CD disk şəklində) təlim iştirakçılarına verilib.