"​Bakı funikulyoru hələ ödənişsiz fəaliyyət göstərəcək"

Bakıda fəaliyyət göstərən funikulyor 4 ildir ödənişsiz fəaliyyət göstərir.  Bunu report-a Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov deyib. Funikulyorun pullu xidmətə nə zaman keçəcəyi məlum deyil. O xatırladıb ki, funikulyorda yeni sistem quraşdırıldıqdan sonra xidmətdən istifadə pulsuzdur: "Artıq yeni sistemin quraşdırılmasından 4 il ötür. Funiklyorun nə zaman ödənişli xidmətə keçəcəyini bilmirəm. Bu barədə məlumatım yoxdur". Xatırladaq ki, yeni sistem quraşdırılmamışdan əvvəl xidmətin qiyməti 20 qəpik olub.

Qeyd edək ki, funikulyorun fəaliyyətə başlamasından 45 il ötür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00