Media eksperti Zeynal Məmmədli ADU-da

13 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq kafedrasının müəllimi Bəyim Abdullanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin TV və radio jurnalistika kafedrasının baş müəllimi, media eksperti Zeynal Məmmədli ilə tələbələrin görüşü təşkil olundu. Görüşdə kafedranın müdiri, dosent Sevdagül Əliyeva, kafedranın müəllimləri, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbələri iştirak etdi. İnteraktiv şəkildə keçən görüşdə media eksperti Zeynal Məmmədli televiziyanın cəmiyyətdə oynadığı rol, televiziya jurnalistikasında mühüm məqamlar, həmçinin dünya mediasının bugünkü vəziyyəti haqqında tələbələrə məlumat verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00