AzTU-da sağlam həyat tərzi təbliğ olunur

Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Sağlam həyat tərzinin təbliği" layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində "Günahsız günahkarlar" tamaşası nümayiş olunub. Təhsil ocağının mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tamaşa "Gənclər insan alveri haqqında nələri bilməlidir" mövzusu üzərində qurulub. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru isə İntiqam Soltandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-2018-ci illər üçün imzaladığı "Milli fəaliyyət planı"na əsasən təşkil olunan tamaşada müasir dövrün qlobal problemlərindən olan insan alveri tanıdılır. Bakı Uşaq Teatrının gənc aktyorlarının ifasında canlandırılan obrazlar insan alverini bütün çılpaqlığı ilə ortaya çıxarmışdır. Ssenaridə əsasən qeyri-qanuni əmək fəaliyyəti, orqan və qadın alveri qabardılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00