Bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması önəm kəsb edir
13 Aprel 2016 16:53 SosialBiləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Xırmandalı 1 və 2 saylı tam orta məktəblərində yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması ilə bağlı maarifləndirmə tədbirləri keçirilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması idarənin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu deyib.. Bu məqsədlə də idarənin nəzdində "Gənclərin Sağlamlıq Klubu" yaradılıb. Artq yüzlərlə yeniyetmə və gənc maraqlar əsasında idmanın müxtəlif növlərinə cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00