Bakı-Qazax yolu təmir edilir

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində təmir işləri həyata keçirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır. Avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min m2 ərazinin asfaltlanması işləri aparılır. Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00