Avropa təsnifat turniri başlayır
13 Aprel 2016 16:03 SosialAprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 6 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst güləş yarışlarında ölkəmizi Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşi yarışlarında Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə İrina Netreba (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.