İntihara cəhd edən şəxs tələblərini açıqladı

Ağcabədidə intihara cəhd edən şəxsin şəhər sakini olduğu deyilir. Hadisə şahidlərinin bildirdiyinə görə, onun adı Sənandır. Sənan ailəlidir, üç qızı, bir oğlu var. Onun əsas tələbi isə ev, işdən çıxarılan həyat yoldaşının işə bərpa edilməsi və yaşayış üçün ona ev verilməsi olub. Şahidlər bildirirlər ki, o, bir neçə ay öncə də həmin tələblərlə intihara cəhd etmişdi.

***

Ağcabədi rayonunda bir nəfər mobil operatorlardan birinin qülləsinə çıxaraq intihara cəhd edir. Teleqraf.com bildirir ki, həmin şəxs qüllənin ən hündür yerinə çıxıb. O, pula ehtiyacı olduğunu, bu səbəbdən özünü öldürəcəyini bildirib. Hazırda müvafiq orqanların əməkdaşları həmin şəxsi fikrindən daşındırmağa çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00