10 minlərlə balıq birdən “intihar” etdi VIDEO

Çaydakı sirr

Ana təbiət Çilidə elm xadimlərini məəttəl qoyub.  Tez-tez balinaların kütləvi intiharının qeydə alındığı ölkədə bu dəfə  çaylardan biri   ölü balıqlarla dolub-daşıb.  Suyun üzünə qalxan on minlərlə balıq  Kuele çayının səthini bağıayıb. Çayı balıqlardan təmizləmək üçün əraziyə  xeyli sayda işçi cəlb olunub. Siyənək balıqlarının kütləvi şəkildə ölümünə nəyin səbəb olduğu məlum deyil.Yerli mütəxəssislər deyir ki,  su hövzələrində balıqların tələf olması ilə bağlı vəziyyət artıq kritik həddə çatıb. Kuele çayının suyunun  hansısa səbəbdən birdən-birə bu qədər çirklənməsi də qaranlıq olaraq qalır. Əlaqədar qurumlar insanların səhhətində də özünü burüzə verməyə başlayan bəzi neqativ halları nəzərə alaraq,  potensial fəsadları proqnozlaşdırmaqda çətinlik çəkirlər. Hələlik rəsmilər çaydan təmizlənən balıqlarının xüsusi zibilxanalara daşınmasına göstəriş verib, həmin balıqların istehlakı qadağan edilib. Mütəxəssislər tələf olan canlıların insan sağlamlığına birbaşa təhlükə törətdiyini üzə çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00