Aprelin 10-da keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da 33 şəhər və rayonda 49224 abituriyent üçün keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın nəticələri  və cavab kartlarının qrafik təsvirləri Komissiyanın rəsmi saytında yerləşdirilib. İmtahan nəticələri barədə məlumatı həmçinin iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00