Bakıda ŞOK olay: Hamilə qadını döyüb uşağını öldürdülər

Bakı sakini qohumu tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Xətai rayon Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü Gülnar Salamova (ad və soyadlar şərtidir) dünən axşam saatlarında yaşadığı evdə qaynı, 1988-ci il təvəllüdlü Elton Salamov tərəfindən döyüldüyünü bildirib. 22 yaşlı qadın qeyd edib ki, döyülmə nəticəsində bətnindəki 7 həftəlik cinsiyyəti məlum olmayan döl ölüb. Müraciət əsasında araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00