Azərbaycanda 17 yaşlı qızın intiharının ilginc SƏBƏBİ...

Sabirabadda ötən gün (12 aprel) baş verən intihar hadisəsi ilə bağlı musavat.com-a yeni məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, rayonun Qalağayın kənd sakini 17 yaşlı Hacıxanım Mehdizadə Mustafa qızı sınaq imtahanından 100 bal yığdığına görə intihar edib. Məlumata görə, sınaqdan az bal yığmasından sonra anası onu bu səbəbdən danlayıb. Daha sonra isə H. Mehdizadənin asılmış vəziyyətdə olan meyidi damlarından tapılıb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00