İstanbulda İslam ölkələri ilk Gənclik Zirvə Sammiti öz işinə başladı
13 Aprel 2016 13:13 Sosial10-15 aprel tarixlərində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət rəhbərlərinin sammiti olan növbəti Zirvə Toplantısı keçirilir. İlk dəfə olaraq bu il Zirvə toplantısında gənclər siyasəti ilə bağlı bağlı yenilik edilib. "OLAYLAR"-ın xəbərinə görə, İƏT Zirvə toplantısı 3 ildən bir olmaqla keçirilir və İƏT dövlətlərinin növbəti dövr üçün əməkdaşlıqlarının strategiyasını müəyyən edir. Zirvə toplantısı çərçivəsində adətən ilk gün Yüksək Məmurlar toplantısı, sonrakı gün Xarici İşlər nazirləri Sammiti, yekunda isə dövlət rəhbərlərinin Zirvə toplantısı həyata keçirilir. Bu il isə, İƏT tarixində ilk dəfə olaraq Zirvə toplantısı çərçivəsində İƏT Gənclər Sammiti də həyata keçirilir. İslam Konfansı Gənclər Forumunun (İKGF) təşəbbüsü və Türkiyə hökumətinin dəstəyi ilə "İnkişaf, Sülh və Ədalət uğrunda Əməkdaşlıq" şüarı altında keçirilın bu ilk İƏT Gənclər Sammitinin açılış mərasimi dünən İstanbulda baş tutur.
Ümumilikdə 200-ə yaxın müsəlman gənc liderin iştirak etdiyi sammitin açılış mərasimində DƏ-İKGF-nin sədri Elşad İskəndərov, Türkiyənin Gənclər və İdman Naziri Akif Çağatay Kılıç, Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov, Sülh üzrə Nobel mükafatı laureatı almış Təvəkkül Karman təbrik nitqi ilə çıxış edib, İƏT-in baş katibi İyad Mədəninin və İstanbul Böyükşəhər Bələdiyyəsinin Başçısı Kadir Topbaşın nümayəndələri isə onların tədbirə ünvanlanmış müraciətlərini oxunub. İƏT Gənclik Nazirlərinin sözügedən sammit çərçivəsində ayrıca keçirilən işçi qrupunda hökumətlərin İƏT məkanında həyata keçirdikləri gənclik siyasəti üzrə müzakirələr aparılıb. Gənc müsəlman liderlərin sammitdə qəbul edəcəyi təkliflər, növbəti gün öz işinə başlayacaq İƏT Zirvə Toplantısı iştirakşılarına təqdim ediləcək.