Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi: “Yaralılara ən yüksək səviyyədə tibbi xidmət göstərilir”
13 Aprel 2016 12:22 Sosial"Bizim məqsədimiz döyüşlər zamanı yaralanmış hərbçilərin həyatını xilas etməkdir. Biz məqsədimizə nail oluruq". APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev "Azərbaycan ordusu" qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, səyyar hospitalda yaralılara ən yüksək səviyyədə tibbi xidmət göstərilir: "Həkimlərimiz ən mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gəlirlər". N. Əliyev əlavə edib ki, sutkanın istənilən vaxtı səyyar hospitalın tibb heyəti yaralıları qəbul etməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00