Qarabağ qazisindən güləşçilərə tövsiyyə: “Yarış zamanı kimə uduzsanız da, erməniyə uduzmayın

Azərbaycan ordusunun baş leytenantı, Qarabağ qazisi Kamil Musavi Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan sərbəst güləşçilərimizin məşqini izləyib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, Qazax güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun tələbəsi olan Kamil Musəvi məşqlərini davam etdirir. Bundan sonrakı arzusunun Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmək olan qazimiz güləş yığmamızın üzvləri ilə görüşdə öz ürək sözlərini də bölüşüb: "Mən çox istəyərdim ki, həmişə qalib olasınız. Xalqımızın həqiqətən qələbəyə, bayrağımızın yüksəlməsinə ehtiyacı var. Dünyada bizi o qədər də tanımırdılar. Ancaq Toğrul, Hacı, Xetaq, Şərif və digərlərinin sayəsində dünyada bizi tanıyırlar. Sağ olsun müəllimlərimiz də ki, sizdən öz dəstəklərini əsirgəmirlər. Bircə arzum odur ki, yarış zamanı kimə uduzsanız da, erməniyə uduzmayın. Bayrağımızı daim yüksəklərə qaldırın".
Qeyd edək ki, Qarabağ qazisi Kamil Musəvi döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə "Vətənə Xidmət medalı" ilə təltif olunub. Yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub. Sonda yığma komandanın üzvləri ilə xatirə şəkli şəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00