Millət vəkilindən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisinə çağırış

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin Azərbaycan üzrə yeni həmməruzəçi Stefan Şennakla görüşdə çıxış edərək onu ön cəbhədə işğalçı Ermənistanın mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərə etirazını bildirməyə və məsələni məruzəçi kimi AŞPA-da qaldırmağa çağırıb. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili həmçinin AŞPA qətnamələrinin yerinə yetirilməsi istiqamətində Ermənistan Respublikasına təzyiqlərin edilməsi məsələsini qurumda tələb etməyi də məqbul sayıb. Millət vəkili cəbhəboyu bölgələrdə baş verən son hadisələr haqqında AŞPA həmməruzəçisinə ətraflı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərdən ön cəbhədə yerləşən kəndlərimizi iri çaplı silahlardan və ağır texnikalardan mülkü vətəndaşların yaşadığı əraziləri atəşə tutub və bunun nəticəsi olaraq işğalçıya layiqli cavab verilib. Q.Paşayeva Ermənistanın törətdiyi cinayətlərdən danışaraq, həmməruzəçini mülkü vətəndaşlara qarşı törədilmiş cinayətlərə biganə qalmamağa, etiraz səsini ucaltmağa və bu kimi hallara son qoymaq üçün AŞPA-dan Ermənistana təzyir göstərməyi tələb etməyə cağırıb: "Cəbhə bölgəsində yaşayan mülkü vətəndaşlar, yaşlı insanlar və uşaqlar sizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini istiqamətində çalışmalar gözləyirlər. Biz sizi bu istiqamətdə Azərbaycan üzrə həmməruzəçi olaraq səylərinizi sürətləndirməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00