Muğanlı-İsmayıllı avtomobil yolu təmir edilir

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu çərçivəsində 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır. Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir. Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00