Jurnalist soydaşımızın müraciəti Niderland mediasında

Son hadisələr, Ermənistan ordusunun işğal etdiyi ərazilərdən ordumuzun mövqelərini atəşə tutması xarici mətbuatda da öz əksini tapıb. Bu dəfə bir qədər yumşaq mövqe tutan Qərb mediası təəssüf ki, bəzi məqamlarda yenə də xeyrimizə olmayan, həqiqəti əks etdirməyən ifadələr işlədib. Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, "Connect" təşkilatının sədri Vüqar Abbasovun dediyinə görə sözügedən mövzu ilə bağlı Niderland mətbuatında gedən əksər yazılarda Qarabağ anklav ərazi kimi göstərilib. Bu və digər düzgün olmayan məlumatlara etiraz etmək üçün həmyerlimiz Niderlandın əksər qəzet və televiziyalarına müraciət ünvanlayıblar. Müraciətdə Qarabağın anklav ərazi olmadığı, Ermənistan ordusunun Dağlıq Qarabağ və işğal etdikləri digər yeddi rayonu azad etməli olduğu öz əksini tapıb. Daha sonra həmyerlimiz BMT - nin məlum dörd qətnaməsinə və Avropa Parlament Assembeleyasının sədrinin Ermənistan ordusunun Dağlıq Qarabağ və işğal etdikləri digər rayonları tərk etməyə çağrış bəyanatına da diqqət çəkib. Rusiyanın əvvəllər Sovet ittifaqına daxil olan dövlətlərdə, Ukraynada, Gücüstanda, Moldaviyada etdiklərinə, törətdikləri vəhşiliklərə diqqət çəkən soydaşımız Qarabağ probleminin də əslində Ermənistanın əli ilə Rusiyanın yaratdığını vurğulayıb. Sözü gedən müraciət bu günlərdə Niderlandda yayımlanan http://wereldjournalisten.nl saytında yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00