Heydər Əliyev Mərkəzindən musiqisevərlər daha bir müjdə

Mayın 5-də Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte (Pascal Contet) və "Səyyah kvartet"in (The Travelling Quartet) konserti keçiriləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, "Latın inciləri" ("Influences latines") adlı konsertdə məşhur tanqo musiqiləri yeni tərz və aranjimanda təqdim olunacaq.
Qeyd edək ki, indiyə qədər bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv bu konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00