Deputatın nəvələri rus dilini cizgi filmlərindən öyrənirlər

"Mən hər zaman öz ailəmdən misal çəkimişəm. Bizim ailədə hamı öz dilimzidə danışır". Bunu millət vəkili Astan Şahverdiyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin aprelin 12-də keçirilən iclasında deyib. Onun sözlərinə görə, ailə üzvləri, xüsusilə, uşaqları və nəvələri həm də ingiliscə və rusca da sərbəst danışırlar. "Nəvələr rus dilini daha çox telekanallardan izlədikləri cizgi filmləri sayəsində öyrəniblər. Onlar bəzən elə sözlər deyirlər ki, özüm məəttəl qalıram. Hansı ki, heç də lazımlı sözlər deyil. Yəni, telekanallar, internet uşqalarımızın təlim və tərbiyəsinə öz təsirini göstərir və bu da çox zaman yaxşı nəticələnmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00