Sinir sistemini zədələyən virus

Quduzluq daha çox hansı heyvanlarda müşayət olunur?

Quduzluğa dair ilk məlumat eradan əvvəlki dövrlərə təsədüf edir. IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İlk dəfə 1559-cu ildə D.Frakostoro quduzluq törədicisinin canlı amil olmasını göstərmişdir. Sonralar Sinke İtin, Berid gövşəyən heyvanların və Maqendi insanların ağız suyunun yoluxucu olmasını müəyyən etmişdir.1881-1889-cu illərdə L.Paster öz əməkdaşları ilə birlikdə xəstəliyin virus etiologiyası olmasını müəyyən etmiş və virusun adadovşanlarının beynindən passaj etməklə onun virulentliyini zəiflətməyə nail olmuşlar. L.Paster bu virusu virus fixe adlandırmışdır. Belə virus kulturası natrium qələvəsi üzərində qurudulmaqla inaktivləşlirilmişdir. Əldə edilmiş belə vaksinlə Paster heyvanlarda peyvənd aparmış və yalnız 1885-ci ildə ilk dəfə insanların məcburi peyvəndini etmişdir. 1887-ci ildə Babeş quduz heyvanların beyin hüceyrələrinin protoplazmasında xüsusi cisimlər aşkar etmiş və 1903-cü ildə Neqri bunun diaqnostik əhəmiyyətini qeyd etmişdir.1889-cu ildə Babeş və Lepp antirabik serum hazırlamaq metodikasını təklif etmiş, 1908-ci ildə Fermi qliserinləşdirilmiş formol vaksin hazırlamışdır .

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, quduzluq nəticəsində təsərrüfatlara böyük zərər dəyir və insanların yoluxma qorxusu olduğu üçün xəstəliyin ləğv edilməsınin böyük sosial əhəmiyyəti vardır. Xəstəliyin törədicisi RNT-li virus olmaqla rabdoviruslar ailəsinin lissaviruslar növünə mənsubdur. Virus neyrotropdur. Ayrı-ayrı coğrafi zonalardan alınmış quduzluq virusu ümumi antigenlik xüsusiyyətinə malikdir. Ancaq bunlar virulentlik dərəcəsinə görə müəyyən qədər fərqlənirlər. Virus iki əsas antigen komponentə malikdir. Həllolan S-antigen bütün quduzluq virusuna ümumi olmaqla komplement birləşdirici, presipitinləşdirici və immunoflüoresensiya reaksiyalarında iştirak edən antitellərin yaranmasına səbəb olur. İnfeksion V-antigen isə virusneytrallaşdırıcı əkscisimlərin, antihemaqqlütininlərin əmələ gəlməsində və immunitetin formalaşmasında əsas olmaqla, həm də tipin spesifikliyini müəyyən edir. Qlikoproteid komponentin fərqliliyi ilə əlaqədar olaraq NR vasitəsilə virusun 4 seroloji tipi müəyyən edilmişdir. Virus müxtəlif fiziki və kimyəvi amillərin təsirinə davamlıdır. Qurudulmuş beyində 10-14 gün, günəş şüasının təsirindən isə 102 gün sağ qalır. Virus 600C temperaturda 1 saata, 800 C temperaturda 2 dəqiqəyə qədər və qaynadılma zamanı ani olaraq məhv olur. Kimyəvi dezinfeksiya maddələrindən kreolin, natrium qələvisi və formalin (2-5% -li məhlul halında) virusu bir neçə dəqiqəyə məhv edir. Xəstəliyə bütün növ istiqanlı heyvanlar həssasdır. Əvvələr xəstəlik vəhşi heyvanlarda daha çox müşahidə edildiyinə görə buna В"meşə quduzluğuВ" adı verilmişdir. Sonralar xəstəlik şəhərlərdə də qeyd olunmuş və müharibə ilə əlaqədar olaraq yeni quduzluq sahələri yaranmışdır. Hal-hazırda Avstraliya və Havay adaları müstəsna olmaqla xəstəliyə dünyanın bütün ölkələrində təsadüf edilir.
Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal), yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir. Körpə heyvanlar yaşlılara nisbətən quduzluq virusuna daha çox həssasdır. Quduzluq virusunun ehtiyat mənbəyi ətyeyən vəhşi heyvanlar, eləcə də yarasalar hesab edilir. Amilin ehtiyat mənbəyinin xarakterindən asılı olaraq xəstəliyin təbiət və şəhərtipli epizootiyaları mövcuddur. Şəhərtipli epizootiyalarda infeksiya törədicisinin mənbəyi sahibsiz it və pişiklər, təbiət epizootiyasında isə vəhşi ətyeyən heyvanlar hesab edilir. Quduzluq virusu üçün xarakterik xüsusiyyət mərkəzi sinir sisteminə yüksək və visseral orqanlara isə zəif tropizmidir. Virus xəstə heyvanların qanı və sidiyində olmur, yalnız ağızsuyu ilə xarici mühitə ifraz edilir. Ona görə də heyvanların yoluxması dişləmə ilə baş verir.

Orqanizmə daxil olmuş virus sinir toxumaların hüceyrlərində toplanır. Sonra sinir yolu vasitəsilə bir başa və ya onurğa beyni ilə mərkəzi sinir sisteminə keçir. Mərkəzi sinir sistemində virus çoxaldıqdan sonra buradan periferiyaya doğru yönəlir və ən çox ağızsuyu vəzilərini innervasiya edən sinirlərə toplanır. Mərkəzi sinir sistemindən virus hüceyrələri parçalayır, sonra hüceyrəarası sahəyə düşüb buradan yeni hüceyrəyə keçir. Sinir hüceyrələrinin belə zədələnmələri ilə əlaqədar olaraq ürək və tənəffüs üzvlərinin iflici, nəhayət ölüm baş verir. Müəyyən olunmuşdur ki, virus sinir yolundan əlavə bəzən qan və limfa damarları vasitəsilə yayılır. İribuynuzlu heyvanlarda quduzluq zamanı bəzən coşğun forma, əksərən isə paralitik forma müşahidə edilir. Coşğun forma zamanı heyvan hamıya hücüm edir, buynuzu ilə müxtəlif vasitələri dağıtmaq istəyir, başını yuxarı tutub böyürür. Sonra heyvanda tərləmə, ağızdan selik axması, tez-tez sidik və nəcis ifrazı, cinsi oyanıqlıq baş verir. Qoyun və keçilərdə quduzluq iribuynuzlu heyvanlarda olduğu kimidir. Aqressivlik zamanı irəliyə hücum, cinsi oyanıqlıq, ağızdan selikli mayenin axması, tərləmə və ifliclər müşahidə edilir və 3-5 gündən sonra onlar tələf olur. Atlarda coşğun forma zamanı narahatlıq, zədə nahiyəsini müəyyən vasitələrə sürtməsi, tez-tez sidik buraxma, bəzən sancı əlamətləri görünür, aqressivlik artır, cinsi oyanıqlıq baş verir, sonra çoşqunluq depressiya ilə əvəz olunur. Bu dövrdə udma aktı çətinləşir, salivasiya güclənir, çeynəmə əzələlərinin gərginləşməsi baş verir. Daha sonra əvvəlcə arxa ətrafların, sonra isə bütöv gövdənin əzələlrində ifliclər yaranır və ölüm baş verir. Donuzlarda coşğun forma üstünlük təşkil edir və ən çox aqressivlik nəzərə çarpır. Donuzlar özlərini müxtəlif vasitələrə çırpır, xırıltılı səs verir, güclü salivasiya baş verir. Bəzən qusma, dişləmə sahəsində qaşınma, sonra isə ifliclər inkişaf edir. Donuzlarda xəstəlik bir həftəyə ölümlə nəticələnir. Xəstəliyə körpə heyvanlara nisbətən yaşlılar çox davamlıdırlar. Peyvənd olunmuş boğaz heyvanlardan immunlu bala doğulur. Belə hal humoral antitellərin hesabına yox, süni infeksion tolerantlıq xüsusiyyəti ilə əlaqədardır.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00