Torpaq qanunvericiliyini pozanlar ciddi cəzalanacaqlar

Azərbaycanda torpaqların özbaşına zəbti, təyinatsız istifadəsi və tikintiya qanunsuz icazə verilməsi halları müşahidə olunmaqdadır. Hüquqşünas Alim Hüseynli bildirib ki, torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı ölkə qanunvericiliyində sərt cəzalar nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər və ya tikintiyə qanunazidd icazənin verilməsi, mülkiyyət, icarə və istifadə hüququnu pozma ilə əlaqədar cərimələr təyin edilib: "Bəzi pozuntulara görə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Cinayət Məcəlləsində edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00