"Qaydasız döyüşlər"də kişilik, hörmət yoxdur"

Ağacan Abiyev: “Bu cür yarışların yayımı dayandırılmalıdır”

Millər vəkili Ağacan Abiyev Azərbaycan telekallarında gedən qaydasız döyüş idman növü üzrə yarışlarının yığışdırılmasının, onların yayımının dayandırılmasının tərəfdarıdır. Millət vəkili bu təkliflə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin aprelin 12-də keçirilən iclasında çıxış edib. Millət vəkili bildirib ki, qaydasız döyüşlər insanlarda, televiziya izləyicilərində, xüsusilə də, uşaqlarda və yeniyetmələrdə qəddarlıq hisslərin yaranmasına səbəb olur: "Mən özüm idmançıyam və daha çox da idman verilşlərini izləyirəm. Televiziyalarımızda da qaydasız döyüşlər yayımlanır ki, mən bunun tam əleyhinəyəm. Çünki bu, qəddarlıqdır, vəhşilikdir. Kimsə yerə yıxılır, uzanır, başqası da tappa-turup onun üzünə-gözünə döyəcələyir, onu qana boyayır. Belə də idman olar? Sovetlər dövründə eşidərdik ki, Amerikada belə bir yarış var və hamı onu pisləyərdi. İndi nə oldu, pislədiyimiz şeyləri özümüz tətbiq edirik? İdmanda rəqibə qarşı kişilik, hörmət olur. Burada isə kişilik, hörmət yoxdur. Ona görə də hesab edirəm ki, bu cür yarışların yayımı dayandırılmalıdır. Mən hətta, özüm AzTV-də bu sahəyə baxan müvafiq şəxslə danışmışam, öz etirazımı da ona bildirmişəm. Bir daha belə hesab edirəm ki, insanlarda humanizmi deyil, qəddarlığı aşılayan verilişlərin, yarışların yayımı dayandlırımlalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00