Teyyub Qənioğlu yenidən Təkamül Partiyasına qayıtdı
12 Aprel 2016 12:24 SosialTəkamül Partiyasının Mərkəzi Şurasının genişləndirilmiş iclasında Teyyub Qənioğlunun yenidən partiya sədrliyinə qayıtması barədə qərar qəbul edilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, Teyyub Qənioğlu 07 iyun 2012-ci ildə partiya sədrliyindən və üzvlüyündən istefa vermişdi. Hazırda T.Qənioğlu heç bir partiyada təmsil olunmur. Bunu və partiyanın yaradılmasında və fəaliyyətinin təşkilində əvəzedilməz xidmətlərini nəzərə alaraq Mərkəzi Şuranın bir qrup üzvü, yenidən partiyaya qayıtması və əvvəllki vəzifəsini icra etməsi xahişi ilə Teyyub Qənioğluna müraciət edib. Uzun surən müzakirələrdən sonra Teyyub Qənioğlu partiyaya və sədr vəzifəsinə yenidən qayıtmağa razı olduğunu bildirib. Bununla əlaqədar olaraq ATP MŞ-sı Teyyub Qənioğlunun partiya sədrliyindən və üzvlüyündən istefasının qəbul edilməsi ilə bağlı özünün 07 iyun 2012-ci il tarixli qərarının ləğv edilməsi və Teyyub Qənioğlunun sədr vəzifəsinə bərpa olunması ilə bağlı qərar qəbul etdi.