Habil Əliyevin xatirəsinə həsr olunmuş I respublika müsabiqəsinə start verilib

Mədəniyyət və Turizm Nazirliyi cari ilin aprel-may aylarında Habil Əliyev adına gənc kamança ifaçılarının I respublika müsabiqəsini keçirir. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin inkişaf etdirilməsi və dəstəklənməsi, həmçinin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir. Müsabiqənin Əsasnaməsinə uyğun olaraq müsabiqənin I-ci turu 11-30 aprel 2016-cı il tarixində Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Ağcabədi, Goranboy rayonlarında, II-ci turu isə 2-5 may 2016-cı il tarixində Ağdaş şəhərində təşkil olunacaq. Müsabiqə qaliblərinin yekun konserti may ayında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00