“Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional Forum keçiləcək
12 Aprel 2016 11:45 SosialBərdə şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda regional Forum keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, forumda Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan rayon və şəhərlərin, habelə Bərdə və ətraf rayonların (Şuşa şəhəri,Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd,Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı habelə Ağcabədi, Ağdaş, Yevlax, Zərdab, Ucar, Göyçay və Bərdə rayonları) fəal gəncləri iştirak edəcək. Forumda gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi, dövlət gənclər siyasətinin regionlarda həyata keçirilməsi, təhsil və gənclərin intellektual inkişafı, regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi və məşğulluğu və s. mvzular müzakirə ediləcək. Forumda əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır.