Komitə sədri İsveçdə mühüm görüşlər keçirib
12 Aprel 2016 11:43 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Stokholmda fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunda görüş keçirib. Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə institutun direktoru Svante Kornel, İsveç Parlamentinin keçmiş üzvü, ATƏT-in Parlament Assambleyasının sabiq prezidenti Qoran Lenmarker, Stokholm Türkiyə Araşdırmaları İnstitutunun rəhbəri Paul Levin, habelə İsveçin Müdafiə Tədqiqatları Mərkəzi, İsveç İnkişafa Yardım Agentliyi, Malmo Universiteti və İsveç Beynəlxalq Liberal Mərkəzinin təmsilçiləri iştirak ediblər. Mübariz Qurbanlı, həmçinin, ölkəmizdə uğurla aparılan multikulturalizm və tolerantlıq siyasətindən bəhs edib. Aprel ayının 2-dən başlayaraq Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş verən toqquşmalara diqqəti yönəldən Mübariz Qurbanlı əslində bu hadisələrin Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu bildirib. Mübariz Qurbanlı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, hökumətin həyata keçirdiyi din siyasəti və rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı tədbir iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb. Tədbirin sonunda isə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından, olkəmizdə dini tolerantlıqdan bəhs edən kitablar İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutuna hədiyyə olunub.