Mədəniyyət və Turizm Nazirliyi “COTTM 2016” beynəlxalq turizm sərgisində təmsil olunacaq
12 Aprel 2016 11:42 SosialAprelin 12-dən 14-dək Çinin Pekin şəhərində keçiriləcək "COTTM 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və "Azərbaycan Hava Yolları"nın iştirakı planlaşdırılır. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, adıçəkilən sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov tərəfindən təmsil olunacaq. Həmçinin sərgidə 4 yerli turizm şirkəti, "Geo travel", "The Tour", "Regea Travel", "AzTerra travel" və "Azərbaycan Hava Yolları" iştirak edəcəkdir. Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 39 kv.m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd etmək lazımdır ki, ötən il ərzində Çindən ölkəmizə 5 000 nəfərdən çox turist səfər edib.