Məlahət Abbasova qaynanasından nələr yazdı?

Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış aktrisa Məlahət Abbasova sosial şəbəkədə qaynanasının və övladlarının fotosunu paylaşıb. Publika.az xəbər verir ki, aktrisa qaynanası barədə ürək sözlərini belə ifadə edib: "Mənə ana əvəzi, mələküzlü, gözəl qəlbli, həyatımızın kraliçası ikinci anam bu gün nəvələrini görməyə gəldi. Allah bütün övladlarımızı qorusun. Allah bütün ata-analara nəvə görməyi nəsib eləsin, inşallah!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00