Hərbi hospitalda 2 tibb bacısı qətlə yetirildi: xəstələr yoxa çıxdılar

Gecə saatlarında Rusiyanın Peterburq şəhərindəki hərbi hospitalın psixiatriya şöbəsində iki tibb bacısı qətlə yetirilib. Report-a istinadən bildirir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb. Xəbərdə bildirilib ki, onların meyitləri iş yerində aşkar edilib. Məlumata görə, həmin şöbədən gecə saatlarında 3 hərbçi də itkin düşüb və hazırda onlar axtarılır. Axtarılanlardan biri Mojaysk adına Hərbi-Kosmik Akademiyanın tələbəsidir. Rusiya Qərb Hərbi Dairəsinin komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə itkin düşən pasientləri axtarır.

***

Rusiyanın Sankt-Peterburq şəhərində hərbi hospitalın psixiatriya bölməsində meyitləri tapılan 2 tibb bacısı cinayəti üzrə xüsusi komissiya yaradılıb. Lent.az bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə yaradılmış komissiyaya nazirliyin Baş Hərbi Tibb Müdirliyi başçılıq edir. Daxili İşlər Nazirliyinin araşdırmalarının ilkin nəticəsinə görə, Z. P. Solovyeva adına hərbi hospitalından qaçmış hərbçilərdən biri Hərbi Kosmik Akademiyanın tələbəsi, 1997-ci il təvəllüdlü Voronoej sakini Stepan Doçenkidir. Digərləri isə Aleksandr Tomski və David Ziqanşindir. Onların hər üçü mart ayında hospitala yerləşdirilib. Polis Sankt-Peterburqda hava limanı və vağzalları nəzarətə alıb. Məlumdur ki, qaçaqlar hərbi geyimdədirlər. Öldürülən 63 və 52 yaşlarındakı tibb bacılarından birinə 4 bıçaq yarası vuraraq, digərini isə boğaraq öldürüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00