Mərdəkan qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılır
11 Aprel 2016 17:18 SosialAbşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Mərdəkan bağları" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00