Gənclər AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib
11 Aprel 2016 16:42 SosialBu gün bir qrup gənc, gənclər təşkilatlarının fəalları AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçiriblər. Trend-in məlumatına görə, aksiya iştirakçıları Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi antiazərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər. Aksiyada gənclər "Əli Kərimli Azərbaycan üçün qara ləkədir", "Gəncləri uçuruma sürükləmə", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə", "Rəhbərinə xəyanət etmiş flüger", "Ya adam ol, ya da vətəndaşlıqdan çıx" kimi şüarlar səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00