SOCAR yaz iməcilikləri keçirir

SOCAR-ın həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq 2016-ci ilin yaz mövsümü iməcilikləri davam edir. "OLAYLAR"-ın xəbərinə görə, iməcilik ənənələrinə sadiqliyini nümayiş etdirmiş SOCAR-ın ''Qaz İxrac'' İdarəsinin 1300 nəfərdən çox əməkdaşı istehsalat sahələrində səliqə-səhman, təmizlik, abadlıq işlərini yerinə yetirmiş, 5000-ə qədər ağac əkmiş, yaşıllığa aqrotexniki qulluq göstəriblər. İdarənin ərazisi alaq otlarından təmizlənmiş, ağacların dibi bellənərək yumşaldılıb. Ekologiya İdarəsi həm yaşıllaşdırma işləri üçün ağac-kol tədarükü, həm də bioremediasiya işləri həyata keçirilmiş ərazilərdə ağac əkilməsi işlərinə fəal surətdə qoşulub. İdarənin 60 nəfər əməkdaşının iştirakı ilə Eko-parkda növbəti iməcilik keçirilib. İməclik zamanı 500 ədəd zeytun ağacı əkilib. Əkilmiş ağacların dibləri konusvari bellənmiş, suvarma işləri aparılmış, sahələr alaq otlarından təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00